1-ci Liqa: Çempionat iddialıların oyunları ilə başlayır

1-ci Liqa: Çempionat iddialıların oyunları ilə başlayır

Bu gün Azərbaycan 1-ci Liqasında çempionat start götürür. 

Fanat.Az xəbər verir ki, 1-ci turun açılış günündə 3 oyun baş tutacaq.  Bütün görüşlər eyni vaxtda - saat 17:00-da start götürəcək.

İlk gündə iddialılar meydana çıxacaqlar. Çempionluğa iddialı MOİK güclənən "Şahdağ Qusar"la üz-üzə gələcək. "Baku Sportinq" "Karvan-Yevlax"ı qonaq edəcək. Turun daha bir prinsipial qarşılaşmasında "Xankəndi" ilə "Səbail" münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, turun 2 oyunu (“Şimal” – “Gəncəbasar” və “Mingəçevir” – “Zaqatala”) sabah keçiriləcək.      Azərbaycan 1-ci Liqası 1-ci tur  3 sentyabr

17:00. MOİK – “Şahdağ Qusar” Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Rüfət Əmirov. Binə qəsəbə stadionu.

17:00. “Baku Sportinq” – “Karvan-Yevlax”  Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Namiq Əliyev. “Baku Sportinq Arena”.

17:00. “Xankəndi” – “Səbail”  Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Novruz Əzimov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər