1-ci Liqa: Binədə prinsipial oyun - Xələf və sələf qarşılaşır

1-ci Liqa: Binədə prinsipial oyun - Xələf və sələf qarşılaşır

Azərbaycan 1-ci Liqasında 2-ci tur başlayır. 

Fanat.Az xəbər verir ki, tur prinsipial qarşılaşma ilə start götürəcək.   Belə ki, açılış oyununda “Şahdağ Qusar” ilə “Karvan-Yevlax” üz-üzə gələcək. Hansı ki, şimal təmsilçisinin hazırki çalışdırıcısı Füzuli Məmmədov ilə “Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov yaxın keçmişdə "Mingəçevir"də sələf-xələf olublar. Konkret, 2025-ci ilin əvvəlindən "işıqçılar"a rəhbərlik edən və mövsümün sonunda istefaya göndərilən Füzuli Məmmədovu növbəti çempionatın (2025/2026) startından Ramiz Məmmədov əvəzləyib. Bu üzdən mütəxəssislər arasında müəyyən intriqa var. 

Qeyd edək ki, hər iki komanda cari mövsümə qələbə ilə start verib. "Şahdağ Qusar" çətin MOİK səfərindən (1:0) 3 xalla dönübsə, "Karvan-Yevlax" "Baku Sportinq"i darmadağına (3:0) məruz qoyub.

Turun qalan oyunları cümə (“Zaqatala” – “Baku Sportinq”, “Səbail” – “Mingəçevir”, “Gəncəbasar” – “Xankəndi”) və şənbə (MOİK – “Şimal”) günü keçiriləcək.

1-ci Liqa 2-ci tur 9 sentyabr  

16:30. “Şahdağ Qusar” – “Karvan-Yevlax”  Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Murad Səlimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Binə qəsəbə stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər