"Zirə" Zaur Həşimovu istefaya göndərdi

"Zirə" Zaur Həşimovu istefaya göndərdi
"Zirə" klubu baş məşqçisi Zaur Həşimovla yolları ayırıb. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik və Həşimov arasında görüş keçirilib. Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.⁣⁣
"Zirə" Həşimova göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.⁣
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər