Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Olimpik Marsel”in forvardı Arkadiuş Milik klubu tərk edə bilər.
Fanat.Az “TuttoJuve”yə istinadən xəbər verir ki, polşalı hücumçu İtaliyanın “Yuventus” klubuna keçə bilər.
Xəbərdə “Yuventus”un Miliki mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilib. Turin təmsilçisi yaxın zamanda 27 yaşlı futbolçu üçün qarşı tərəflə danışıqlara başlayacaq.
Milik bu mövsüm Fransa təmsilçisinin heyətində meydana çıxdığı 15 oyunda 5 qol vurub.