Yüksək vəzifəli latış idman məmuru Qarabağ separatçılarının qonağı olub - FOTO

Yüksək vəzifəli latış idman məmuru Qarabağ separatçılarının qonağı olub - FOTO
Latviyanın Badminton Federasiyasının birinci katibi, həm də politoloq olan Kristians Rozenvalds  Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib.
Virtualaz.org-un məlumatına görə, Kristians Rozenvalds Xankəndidə "DQR”in "xarici işlər naziri” ilə görüşüb.
Qeyd etməyə dəyər ki, Kristians Rozenvalds Latviyanın özündə birmənalı qəbul edilmir. O, dəfələrlə fitnəkar bəyanatlarla çıxış edib və buna görə ona "Rusiyayönlü agent” ləqəbi veriblər.
Xatırladaq ki, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər Bakının qaçılmaz sanksiyalarına səbəb olur. Belə ki, Qarabağa qanunsuz gedən şəxs avtomatik olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı”sına düşür.
 
Yüksək vəzifəli latış idman məmuru Qarabağ separatçılarının qonağı olub - FOTO 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər