Yığmamızın üzvləri Belarusda "Qarabağ"ı dəstəkləyəcək

Yığmamızın üzvləri Belarusda "Qarabağ"ı dəstəkləyəcək
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması "Qarabağ"ın Belarusda BATE ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu izləyəcək. 
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Minskdə təlim-məşq toplanışında olan komanda bugünkü görüş vaxtı "Borisov Arena"da olacaq. 
Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması təlim məşq toplanışı çərçivəsində belaruslu həmyaşıdlarını hər iki oyunda 1:0 hesabı ilə məğlub edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər