Yığmalarımızdan yoxlama oyunlarında qələbə

Yığmalarımızdan yoxlama oyunlarında qələbə

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbolçu qızlardan ibarət Azərbaycanın U-16 və U-18 milliləri növbəti yoxlama oyunlarını keçiriblər.

Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komandalar keçirdiyi 4 qarşılaşmanın hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.

"İstanbul Yıldızları (U-16) - Azərbaycan (U-16) 71:78 "Asya Kartalları" (U-16) - Azərbaycan (U-16) 33:73 "Daçka Şerifalı" (U-18) - Azərbaycan (U-18) 61:82 "Allstar İstanbul" (U-16) - Azərbaycan (U-16) 54:72

Qeyd edək ki, U-16 millimiz daha əvvəl yerli "Daçka Şerifalı"nın müvafiq yaş qrupundan ibarət komandasına 68:36 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər