Yeni transferlər "Qarabağ"a qarşı oynamayacaq

Yeni transferlər "Qarabağ"a qarşı oynamayacaq
Sabah Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Partizani" meydana tam heyətlə çıxmayacaq.
Fanat.Az xəbər verir ki, komandanın yeni transferləri - venesuelalı yarımmüdafiəçi Aritoteles Romero və yamaykalı hücumçu Brayan Braun Azərbaycan çempionu ilə oyunda meydanda olmayacaq. 
Hər iki futbolçu komandanın düşərgəsinə qoşulub və UEFA-ya göndərilən sifariş ərizəsinə salınıb. Amma fiziki vəziyyətləri istənilən səviyyədə olmadığından matçı kənardan izləyəcəklər.
Qeyd edək ki, sabah keçiriləcək "Partizani" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 19.30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər