"Yaxşı oynayıb qələbə qazanmaq istəyirik" - "Şamaxı"nın baş məşqçisi

"Yaxşı oynayıb qələbə qazanmaq istəyirik" - "Şamaxı"nın baş məşqçisi

Birinci Liqanın dördüncü  turunda çempionluğa iddialı "Şamaxı" MOİK-in qonağı olacaq. "Aslanlar"ın baş məşqçi Vüqar Əsgərli ilə əlaqə saxlayıb qarşıdakı oyunla bağlı fikirlərini soruşduq.

Əsgərlinin Fanat.Az-a açıqlaması belə oldu:

"Hazırda turnir cədvəlində liderlər qrupunda qərarlaşan 4 komandanın xalları eynidir və bunlardan biri də MOİK-dir. Bizi çətin səfər oyunu gözləyir. Çətinliklərə baxmayaraq, yaxşı oynayıb qələbə qazanmaq istəyirik. Hər hansı komandadan nədəsə üstün olduğumuzu qeyd etmək düzgün olmazdı. Asan rəqib yoxdur. Çempionluq yolunda bütün rəqiblərə ciddi yanaşırıq".

Qeyd edək ki, tərəflər 6 oktyabr saat 15:00  Binə qəsəbə stadionunda qarşılaşacaqlar.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər