Yamal: "Əsas rəqibim Mbappedir"

Yamal: "Əsas rəqibim Mbappedir"

“Barselona”nın ulduz futbolçusu Lamin Yamal “Qızıl top” mükafatına layiq olduğunu düşünür.

Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.

20 yaşlı hücumçu “Qızıl top” uğrunda mübarizədə əsas rəqibinin Kilian Mbappe olduğunu bildirib.

İspaniya millisinin də formasını geyinən Yamal bu ilki çıxışını yüksək qiymətləndirib. O, mövsüm ərzində komandasına qazandırdıqları və fərdi göstəricilərini nəzərə alaraq nüfuzlu mükafata layiq olduğunu düşündüyünü söyləyib.

“Bu il qazandıqlarıma görə “Qızıl top”a layiq olduğumu düşünürəm. Mənim əsas rəqibim Mbappedir. Hazırda dünyanın ən yaxşı iki futbolçusunun biz olduğumuzu düşünürəm”, – deyə Yamal qeyd edib.

Xatırladaq ki, Lamin Yamal son illərdə “Barselona”nın əsas futbolçularından birinə çevrilib və gənc yaşına baxmayaraq, həm klub, həm də milli komanda səviyyəsində mühüm oyunlarda meydana çıxıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər