“Xəzri”dən ardıcıl ikinci qələbə

“Xəzri”dən ardıcıl ikinci qələbə

Azərbaycan Basketbol Liqasında 2-ci tura start verilib.

Fanat.Az xəbər verir ki, turun açılış matçında "Xəzri" "Gəncə" ilə üz-üzə gəlib.

Qarşılaşma paytaxt klubunun 93:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular "Xəzri"dən Endryu Platek (19 xal, 5 ribaund), "Gəncə"dən isə Derek Rouds (19 xal, 1 ribaund) olublar.

Turun digər oyunları ("Sumqayıt" - "Xırdalan", "Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi", "NTD-INDIGO" - "Sabah") 3-5 noyabr aralığında baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər