Avstriyanın Şərq Regional Liqasında X turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Elvin Bədəlovla Dmitri Nağıyevin komandası - "Qarabağ" da növbəti matçına çıxıb.Vyana təmsilçisi rəqib meydanında "Horn"la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb. Elvin 90 dəqiqə oynayıbsa, Dmitri görüşdə iştirak etməyib.
Bu qələbədən sonra xal hesabını 17-yə çatdıran "Qarabağ" 17 komanda arasında turnir cədvəlinin 5-cisidi.
Fanat.Az