Vyana "Qarabağ"ından inamlı zəfər

Vyana "Qarabağ"ından inamlı zəfər

Avstriyanın Şərq Regional Liqasında 31-ci turun oyunları keçirilib.

 

 

 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçuların - Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin şərəfini qoruduğu Vyana "Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Ebraysdorf”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

 

 

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

 

 

"Qarabağ” hazırda 50 xalla 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər