"Zirə" itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Adil Şükürov Vuqar Mustafayevin xidmətindən məhrum olub.
21 yaşlı yarımmüdafiəçi cəzalı duruma düşüb. AZAL-la matçın 77-ci dəqiqəsində qeyri-idman h?r?k?tinə görə cəzalanan Vüqar sarı vərəqə limitini doldurub.
Əslində bu onun "Zirə"nin heyətində aldığı ilk "sarı" olub. Amma mövsümün ilk yarısında "Qarabağ"da çıxış edən Vüqar iki dəfə cəzalanmışdı. Bu səbəbdən o, XXXV turun "Kəpəz"lə oyununu buraxacaq.
Fanat.az