“Vorskla”nın prezidenti: "Qarabağ" kifayət qədər çətin rəqibdi"

“Vorskla”nın prezidenti: "Qarabağ" kifayət qədər çətin rəqibdi"
Ukraynanın "Vorskla” klubunun prezidenti Roman Çernyak Avropa Liqasının qrup mərhləsinin püşkünü dəyərləndirib. Fanat.Az xəbər verir ki, klun rəhbəri "Qarabağ"ı çətin rəqib adlandırıb: 
"Çox yaxşı qrupa düşmüşük. Biz güclü futbol oynadığımızı Avropa səviyyəsindəki komandalara göstərmək istədik. Demək olar ki, tale bizim üzümüzə güldü. Biz İngiltərə və Portuqaliya klubları, həmçinin kifayət qədər çətin rəqib olan "Qarabağ"la qarşılaşacağıq. Ümid edirik ki, bütün Avropa matçlarımızda anşlaq olacaq. Qrupdakı ən çətin rəqib "Arsenal"dı. Amma "Qarabağ" və "Sportinq" də asan rəqib deyil".
“Vorskla”nın prezidenti: "Qarabağ" kifayət qədər çətin rəqibdi"
"Vorskla”nın baş məşqçisi Vasili Saçko püşkü dəyərləndirib. 43 yaşlı mütəxəssis yarışa ciddi hazırlaşacaqlarını söyləyib: 
"Bizə ciddi rəqiblərin düşəcəyini bilirdik. Bunlardan birinin London "Arsenal”ı olmasına şadıq. Bu və digər komandaların fonunda öz bacarığımızı yoxlayacağıq. Qoy, qrupun "sirli qutu"su biz olaq. Əsas ciddi hazırlaşmaq və meydanda öz yaxşı keyfiyyətlərimizi göstərməkdir”.
Qeyd edək ki, "Vorskla" E qrupunda "Qarabağ" (Azərbaycan), "Arsenal” (İngiltərə) və "Sportinq”lə (Portuqaliya) mübarizə aparacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər