"Vorskla" - "Qarabağ" oyunu dayandırıldı - SƏBƏB

"Vorskla" - "Qarabağ" oyunu dayandırıldı - SƏBƏB

Avropa Liqasının qrup mərhələsinin IV turunun "Vorskla” – "Qarabağ” matçının ikinci yarısında xoşagəlməz anlar yaşanıb.

Fanat.Az xəbər verir ki, qarşılaşma 50-ci dəqiqədə dayandırılıb.

Buna yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi, onları meydana atması səbəb olub. Görüşün hakimləri matçı bir neçə dəqiqəlik dayandırmaq məcburiyyətində qalıb.

Poltava klubunun futbolçuları Aleksey Butovski adına stadionun tribunalarına yaxınlaşıb azarkeşləri sakitləşdirdikdən sonra görüş davam etdirilib. Lakin bir qədər sonra eyni hal təkrarlanıb. Bu dəfə qonaq tərəfdarlar "atəşfəşanlıq edib" və yerlilərdən cavab gəlib. Referi komandaları meydandan çıxarıb.

Qeyd edək ki, hazırda "Qarabağ” 1:0 hesabı ilə qalib gəlir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər