"Visla Krakov"un baş məşqçisi: "Qarabağ" yüksək səviyyəli komandadır"

"Visla Krakov"un baş məşqçisi: "Qarabağ" yüksək səviyyəli komandadır"

Dünən Antalyada "Qarabağ"la yoxlama matçında qarşılaşan Polşanın "Visla Krakov" klubunun baş məşqçisi Adrian Qulya təmsilçimizlə oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, klub saytına açıqlama verən təcrübəli mütəxəssis 0:0 hesabı ilə nəticələnən görüş barədə danışarkən "Qarabağ" haqda yüksək fikirlər səsləndirib:

“Yüksək səviyyəli rəqibə qarşı çox yaxşı oyun oldu. Səviyyə, sürət və intensivliyə görə belə sparrinqlə gücünü sınamaq son dərəcə lazım idi. Məlumdur ki, topsuz daha çox işləməli olduq, amma komanda bacardı - xüsusən müdafiədə və boşluqları bağladığımız meydanın ortasında. Təbii ki, bu keyfiyyətdə rəqib meydanın yan sektorlarında imkanlar yaratmadı. Müəyyən fraqmentlərindən və ya əks-hücumdan yararlana bilmədik. Təəssüf ki, nə penaltidən, nə də əks-hücumlardan istifadə etmədik, amma digər tərəfdən bu oyun komandanın düzgün istiqamətdə getdiyini göstərdi. Rəqibin məşqçisi ilə birlikdə əsas vaxtdan çox oynamağa qərar verdik, bu, futbolçulara matçın intensivliyini təmin etdiyimiz üçün yaxşı qərar idi və əlavə olaraq, komandanın qurulmasına kömək edən rəqabəti gördük".

Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər