Vinisus Juniorla müqavilə uzadıldı - RƏSMİ

Vinisus Juniorla müqavilə uzadıldı - RƏSMİ

"Real Madrid" futbolçusu Vinisius Juniorla yeni müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, Madrid klubu 26 yaşlı futbolçu ilə müqaviləni 2032-ci ilə qədər uzadıb.

Klubun rəsmi açıqlamasında braziliyalının son illərdə komandanın qazandığı uğurlarda əsas pay sahiblərindən biri olduğu vurğulanıb.

Qeyd edək ki, Vinisius 2018-ci ildə "Flamenqo"dan 45 milyon avro qarşılığında "kral klubu"na transfer olub. O, ötən mövsüm İspaniya təmsilçisinin heyətində 53 oyuna çıxaraq 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər