Vinisiusun cəzası açıqlandı

Vinisiusun cəzası açıqlandı

"Real Madrid"in vingeri Vinisius Juniorun cəzası bəlli olub. 

Fanat.Az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi La Liqanın XVII turundan təxirə salınan matçda "Valensiya"nın qapıçısı Stole Dimitrievskini itələyərək yerə yıxan braziliyalını 2 oyunluq diskvalifikasiya edib.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Kənarlaşdırma cəzasından əlavə, qurum "Real Madrid"i 700 min, Vinisiusu 600 min avro cərimələyib.

Qeyd edək ki, 24 yaşlı oyunçu sözügedən matçın 79-cu dəqiqəsinə təsadüf edən hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu. 

Oyun "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər