Viktor Osimhen İngiltərəyə gedir?

Viktor Osimhen İngiltərəyə gedir?

"Mançester Yunayted" "Qalatasaray"ın hücumçusu Viktor Osimhenni hədəfə alıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport" yayıb.

Məlumata görə, İngiltərə təmsilçisi Osimhen üçün "sarı-qırmızılar"a 100 milyon avroluq təklif hazırlayıb. "Qırmızı şeytanlar" hücumçunun transferində israrlıdır.

Nigeriyalı futbolçunun "Qalatasaray"la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Viktor "cim-bom"un heyətində keçirdiyi 74 oyunda 59 qol vurub və 16 məhsuldar ötürməyə imza atıb. O İstanbul təmsilçisi ilə ardıcıl iki dəfə çempionluq yaşayıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər