“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Ağdam klubu ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Çoxsaylı təkliflərə baxmayaraq Monteneqro millisinin üzvü iş yerini dəyişməyib. O, Ağdam klubu ilə yeni 2 illik müqavilə bağlayıb. Yeni müqavilənin müddəti 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, Marko Veşoviç 2 ildir “Qarabağ”ın şərəfini qoruyur.