Vaqif Cavadov "Şamaxı"ya məğlubiyyəti şərh etdi

Vaqif Cavadov "Şamaxı"ya məğlubiyyəti şərh etdi

Misli Premyer Liqasının 30-cu turu çərçivəsində bu gün doğma meydanda "Şamaxı"ya uduzan (1:2) "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "kimyaçılar"ın çalışdırıcısı belə danışıb:

"Məğlub olmaq üzücüdür. Hər iki hissədə baxımlı oyun nümayiş etdirsək də, uduzduq. Qələbə qazanmaq istəyirdik, lakin alınmadı. Ardıcıl qollar gözlənilməz oldu. Məğlub olmamaq üçün sona qədər mübarizə apardıq. Futbolçularıma təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər