Uruqvaylı ulduz İstanbul nəhəngindən ayrılır

Uruqvaylı ulduz İstanbul nəhəngindən ayrılır

"Qalatasaray"ın uruqvaylı ulduzu Lukas Torreyranın İstanbul klubundan ayrılmaq istədiyi bildirilib.

Fanat.Az xəbər verir ki, Türkiyə təmsilçisinin yarımmüdafiəçisi keçmiş komandası "Fiorentina" ilə prinsipial razılığa gəlib.

İnformasiyanı italiyalı jurnalist Nikola Skira yayıb.

Məlumata görə, uruqvaylı futbolçu 2021-2022-ci il mövsümündə icarə əsasında çıxış etdiyi A Seriyası təmsilçisinə qayıtmaq istəyir və "Qalatasaray"dan ayrılmağa hazırdır.

"Qalatasaray"la müqaviləsi 30 iyun 2028-ci il tarixinə qədər davam edən 30 yaşlı futbolçu klubun heyətində keçirdiyi 176 oyunda 11 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər