UEFA Superkuboku: Avropanın ən güclüsü müəyyənləşir

UEFA Superkuboku: Avropanın ən güclüsü müəyyənləşir

Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

Fanat.Az xəbər verir ki, Avstriyanın Zalsburq şəhərində yerləşən "Red Bull Arena"da Fransa nəhəngi PSJ ilə İngiltərə təmsilçisi "Aston Villa" üz-üzə gələcək. 

PSJ ötən mövsüm Çempionlar Liqasının finalında Premyer Liqanın qalibi “Arsenal”ı penaltilər seriyasında məğlub edib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. "Aston Villa" isə ötən mövsüm UEFA Avropa Liqasının həlledici qarşılaşmasında "Frayburq"u darmadağın edərək (3:0) qalib olub. 

Beləliklə, qitənin ən nüfuzlu klub turnirlərinin son qalibləri arasında matçda Avropanın güclüsü müəyyənləşəcək. Avstriyada keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlanacaq görüşü Somalidən olan hakim Omar Artan idarə edəcək. 

Qeyd edək ki, niderlandlı jurnalist Anton Vitkampın müəllifi olduğu UEFA Superkuboku uğrunda matç 1972/1973 mövsümündən keçirilməyə başlayıb. 

UEFA Superkuboku 12 aprel

23:00. PSJ (Fransa) – Aston Villa (İngiltərə) Hakimlər: Omar Artan (Somali), Liban Ahmed (Cibuti), Stiven Yembe (Keniya), Rade Obrenoviç (Sloveniya). Zalsburq. "Red Bull Arena" stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər