UEFA Region Kuboku: "Kolos" Şamaxıda darmadağına sevindi

UEFA Region Kuboku: "Kolos" Şamaxıda darmadağına sevindi

UEFA Region Kubokunun Azərbaycanda təşkil olunmuş ilkin seçmə mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün final oyunu keçirilib.   Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada 1-ci qrupun qalibi Qazaxıstanın “Kaskelen” komandası ilə 2-ci qrupun qalibi Belarusun “Kolos” komandası üz-üzə gəlib. Rəqibini 5 cavabsız qolla məğlub edən “Kolos” növbəti mərhələyə vəsiqə qazanıb. Belarus təmsilçisi əsas mərhələdə Türkiyə, Portuqaliya və Finlandiya komandalarına rəqib olacaq.   Xatırladaq ki, “Kolos” qrup mərhələsində Azərbaycan çempionu “Cəbrayıl”ı mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi.   UEFA Region Kuboku İlkin seçmə mərhələ, final 29 iyun   Kaskelen – Kolos 0:5 Baş hakim: Luka Cibelli (İsveçrə). Baş hakimin köməkçiləri: Paskal Hirzel (İsveçrə), Bartoz Kazinski (Polşa). Dördüncü hakim: Damian Silvestrjak (Polşa). Şamaxı şəhər stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər