UEFA "Qarabağ"ın Zəhra ilə bağlı müraciətinə nə cavab verib? (MƏKTUB)

UEFA "Qarabağ"ın Zəhra ilə bağlı müraciətinə nə cavab verib? (MƏKTUB)

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Füzulinin Alxanlı kəndində Ermənistan ordusunun atəşi nəticəsində həlak olan 2 yaşlı Zəhra ilə bağlı bannerin Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" ilə ilk matçda stadionuna buraxılmamasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, klub rəsmisi bununla bağlı özünün rəsmi "Facebook" səhifəsində UEFA və klub nümayəndələrindən biri arasındakı yazışmanın şəklini paylaşıb və bunları yazıb:

"Fotoda gördüyünüz yazışma UEFA ilə klub əməkdaşı arasındadır. UEFA-nın digər beynəlxalq qurumlar kimi ölkəmizə qarşı məlum standardlarını nəzərə alıb olduqca həssas yazılmış məktubdur. Necə? 

1. Məktubda müharibə sözü yoxdur 

2. Ermənistanın adı çəkilməyib.

Məqsədimiz Zəhranın şəhadətinin yad edilməsinə daha incə üslübla nail olmaq idi. Nəticə nə oldu? Futbola aid hadisə olmadığı üçün "təbii ki olmaz" cavabı. Hətta, bizdən qabaq "İnter"in bu haqda müraciət etdiyini vurğulayaraq dolayısıyla hadisənin mahiyyətinə qədər bildiklərini, amma ki, məlum standardların dəyəşməyəcəyini göstərdilər...

"İmarət"in məlum banneriylə bağlı bəzi ittihamlara gəlincə, bu qurum ictimai yüklü, Azərbaycançılığa xidmət edən dəyərlərlə fərqlənib. Klub hər zaman istər "İmarət", istərsə də baş azarkeş qrupunun istənilən nəcib ideyasının reallaşmasına maksimum dəstək olmağa çalışıb. Hətta "İmarət"in olayla bağlı məlum açıqlamasında klubun bannerin əleyhinə olmadığı vurğulanıb. Ki, yazılmayacaq bəzi səbəbləri istisna etsək, həqiqətən də klub olaraq istər əlavə edilmiş məktub, bannerin açılmasının əleyhinə olmaması və ən azından oyun günü "qol-tune"lar xaric heç bir musiqinin səslənməməsi klubun Zəhra məsləsində həssasiyyətini göstərir...

Bilməyənlər üçün bildirim ki, "Qarabağ"ın oyununa gələn UEFA təmsilçisi (nümayəndəsi) hansı komandanın matçına getməsi haqqında xüsusi olaraq məlumatlandırır. Müharibə, işğal söhbətinin qurumu "aşmama"sı üçün UEFA iclasında klub və mühafizə orqanlarına xüsusi bildirir, yumşaq desək incə olaraq təhdid edir... Və o, banner açılmadı, amma hamımızın könlündə öz yerini həmişəlik tutdu...Ən azından dəyərimizi göstərdik, cəhd etdik... Haqq nazilər, amma üzülməz.. Nə zamansa mütləq Zəhralarımıza görə üzülməyəcəyik...".

UEFA "Qarabağ"ın Zəhra ilə bağlı müraciətinə nə cavab verib? (MƏKTUB)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər