UEFA "Qarabağ"ın oyununu bosniyalı hakimlərə tapşırdı

UEFA "Qarabağ"ın oyununu bosniyalı hakimlərə tapşırdı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa təyinatlar açıqlanıb.

Fanat.Az xəbər verir ki, İsveçrənin "Sürix" komandası ilə Bakıdakı qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. 

Görüşün baş hakimi Irfan Peltoy olacaq. Ona Senad İbrisimbeqoviç və Davor Belyo laynsmanlar qismində yardım göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Miloş Giqoviç yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər