UEFA "Qarabağ"ın kapitanını təbrik etdi

UEFA "Qarabağ"ın kapitanını təbrik etdi

UEFA Azərbaycan millisi və "Qarabağ"ın kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib.

Fanat.Az xəbər verir ki, qitə futbol qurumunun rəsmi "Twitter" səhifəsində bu gün 33 yaşı tamam olan müdafiəçinin fotosu paylaşılıb.

Postda təcrübəli oyunçunun peşəkar karyerası ərzində yalnız Ağdam klubunun formasını geyinməsi vurğulanıb.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər