UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı
"Açığı, detalları bilmirik, çünki siyasi təşkilat deyilik. Tam ümid edirik ki, məsələ sülh yolu ilə həll ediləcək".
Fanat.Az xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksandr Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışarkən deyib.
Qurum rəhbəri prosesləri diqqətlə izlədiyini bildirib. Çeferin münaqişənin "AVRO-2020"nin təşkilinə hansı təsiri göstərəcəyini söyləməkdə çətinlik çəkib: "Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündü. Biz hadisələrin inkişafını izləməliyik".
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər