UEFA-dan "istisna" razılığı - "Şamaxı" ilə bağlı 

UEFA-dan "istisna" razılığı - "Şamaxı" ilə bağlı 

UEFA "Keşlə" klubunun ad dəyişikliyinə İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müraciətini cavablandırıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Lisenziyalaşdırma Qrupunun “Şamaxı” Futbol Klubunun “Keşlə”nin varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün müraciətinə UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) müsbət cavab verib.

UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir.

AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) təqdim olunmuş sənədlərə əsasən müsbət qərar qəbul edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər