U-18 Litvaya uduzdu

U-18 Litvaya uduzdu

Basketbol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda üçüncü oyununu keçirib.

Fanat.Az xəbər verir ki, təmsilçimiz qrup mərhələsinin üçüncü turunda Litva yığması ilə üz-üzə gəlib.

Komandamız rəqibinə 31:82 hesabı ilə məğlub olub.

U-18 daha öncə Ukrayna yığmasına da 65:78 hesabı ilə yenilmişdi. İlk turda isə basketbolçularımız Bosniya və Herseqovina üzərində 83:81 hesablı qələbəyə sevinmişdilər.

Millimiz qrupdakı növbəti oyununun 8 iyul saat 14:00-da İslandiya seçməsinə qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər