U-16 "Airom Cup"da növbəti qələbələrini qazandı

U-16 "Airom Cup"da növbəti qələbələrini qazandı

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Qazaxıstanın Atrau şəhərində təşkil olunan "Airom Cup" beynəlxalq turnirində növbəti qələbələrini qazanıb.

Fanat.Az xəbər verir ki, yığma üçüncü matçında Rusiyanın "MBU Volqoqrad" kollektivinə 67:38 hesabı ilə qalib gəlib.

Daha sonra Qazaxıstan təmsilçisi "Aul Sport"u 59:39 hesabı ilə üstələyən komanda turnirdəki dördüncü qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, milli daha əvvəl də "Aul Sport" (72:32) və "Barsy Atrau" (78:43) komandalarını məğlub edib. Seçməmiz növbəti matçlarını sabah keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər