Türk klubları üçün uğursuz gecə, "Qarabağ"ın rəqiblərindən qol şousu

Türk klubları üçün uğursuz gecə, "Qarabağ"ın rəqiblərindən qol şousu
Avropa Liqasının qrup mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" İspaniyanın "Sevilya" klubu qəbul edib və 0:3 hesabı ilə yenilib. A qrupunun digər oyununda APOEL doğma meydanda gözələnilmədən "Düdelanj"a 3:4 hesanbı ilə uduzub.
Türkiyə təmsilçilərinin hər üçü uduzub. "Trabzonspor" səfərdə "Xetafe"yə 0:1, "Başakşəhər" "Roma"ya 0:4, "Beşiktaş" "Slovan"a 2:4 hesabı ilə yenilib.
"Mançester Yunayted" doğma meydanda Qazaxıstan "Astana"sını sınağa çəkib. İngilislər 1:0 hesabı ilə qalib gəlib. Maraqlı qarşılaşmalardan biri Almaniyada "Ayntraxt"la "Arsenal" arasında baş tutub. London klubu böyükhesablı qələbəyə sevinib. 
Gecənin ən böyükhesablı qələbəsini "Bazel" "Krasnodar" üzərində qazanıb - 5:0. Moskva ÇSKA-sı isə hesabı açdığı oyunda "Ludoqorets"ə 1:5 hesabı ilə yenilib.
 
Avropa Liqası
Qrup mərhələsi
I tur, 19 sentyabr
A qrupu
APOEL (Cənubi Kipr) - Düdelanj (Lüksemburq) 3:4
Qollar: Pavloviç, 54; 58 - De Vinsenti, 56-pen - Sinani, 36; 82. Bernier, 51. Stolz, 72. 
Qarabağ (Azərbaycan) - Sevilya (İspaniya) 0:3
Qollar: Çiçarito, 62. Əl-Haddadi, 78. Torres, 85. 
B qrupu
Dinamo (Kiyev, Ukrayna) - Malmö (İsveç) 1:0
Qol: Buyalski, 84.
 
Kopenhagen (Danimarka) - Luqano (İsveçrə) 1:0
Qol: Santos, 50.
C qrupu
Bazel (İsveçrə) - Krasnodar (Rusiya) 5:0
Qollar: Bua, 9; 40. Zuffi, 52. Vilhena, 55 (avtoqol). Okafor, 79.
 
Xetafe (İspaniya) - Trabzonspor (Türkiyə) 1:0
Qol: Angel, 18.
D qrupu
PSV (Hollandiya) - Sportinq (Portuqaliya) 3:2
Qollar: Malen, 19. Koates, 25 (avtoqol). Baumqarti, 48 - Fernandes, 38. Mendes, 82.
LASK (Avstriya) - Rusenborq (Norveç) 1:0
Qol: Holland, 45+3.
E qrupu
Renn (Fransa) - Seltik (Şotlandiya) 1:1
Qollar: Nianq, 38 - Kriste, 59.
ÇFR (Rumıniya) - Latsio (İtaliya) 2:1
Qollar: Deak, 41. Omar, 75 - Boştaş, 25.
F qrupu
Ayntraxt (Almaniya) - Arsenal (İngiltərə) 0:3
Qollar: Villok, 38. Saka, 85. Aubameyanq, 88.
Standard (Belçika) - Vitoriya (Portuqaliya) 2:0
Qollar: Hanin, 66 (avtoqol). Mpoku, 90+1.
G qrupu
Portu (Portuqaliya) - Yanq Boyz (İsveçrə) 2:1
Qollar: Soares, 8; 29 - Nsame, 15.
Reyncers (Şotlandiya) - Feyenoord (Hollandiya) 1:0
Qol: Oje, 24.
H qrupu
Ludoqorets (Bolqarıstan) - ÇSKA (Rusiya) 5:1
Qol: Vanderson, 48. Lukoki, 50. Keseru, 52; 68; 73 - Deveyev, 11. 
Espanyol (İspaniya) - Ferentsvaroş (Macarıstan) 1:1
Qol: Varqas, 60 - Lopez, 10 (avtoqol).
I qrupu
Volfsburq (Almaniya) - Aleksandriya (Ukrayna) 3:1
Qollar: Arnold, 20. Mehmedi, 24. Brekola, 67 - Banada, 66.
Gent (Belçika) - Sent-Etyen (Fransa) 3:2
Qollar: David, 2; 43. Perrin, 64 (avtoqol) - Xazri, 38. Kaminski, 75.
J qrupu
Roma (İtaliya) - Başakşəhər (Türkiyə) 4:0
Qollar: Kaysar, 42 (avtoqol). Ceko, 58. Zaniolo, 71. Kluyvert, 90+3.
Borussiya (Mönxenqladbax, Almaniya) - Volfsberq (Avstriya) 0:4
Qollar: Veysman, 13. Leytgeb, 31; 68. Ritzmayer, 41. 
K qrupu
Vulverhempton (İngiltərə) - Braqa (Portuqaliya) 0:1
Qol: Horta, 71.
23.00 Slovan (Slovakiya) - Beşiktaş (Türkiyə) 4:2
Qollar: Sporar, 14; 58. Lyubiç, 90+3. Moha 90+4 - Lyayiç, 29. Bojikov, 45-1.
L qrupu
Mançester Yunayted (İngiltərə) - Astana (Qazaxıstan) 1:0
Qol: Qrenvud, 73.
Partizan (Serbiya) - Alkmaar (Hollandiya) 2:2
Qollar: Natço, 42-pen; 61 - Stengs, 13. Boadu, 67.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər