"Trabzonspor" "Qarabağ"dan ayrılan İbrahim Şehiçə elçi düşüb.
Fanat.Az 61saat.com saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovina milli komandasının qapısı ilə bağlı klubun skaut qrupu rəhbərliyə və məşqçilər korpusuna müsbət rəy verib.
29 yaşlı qolkiperin "Trabzonspor"dan illik 500 min avro istədiyi bildirilir. Onun transferinin Esteban Alvaradonun komandadakı taleyindən asılı olduğu bildirilir.
Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"da ardıcıl 5 mövsüm çıxış etdikdən sonra klubla yollarını ayırıb. O, Bosniya və Herseqovina yığmasının heyətində 6 oyuna çıxıb. Hazırda "Trabzonspor"un heyətində ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmiş Ramil Şeydayev də yer alıb.
Fanat.Az