Tovuz səfəri ərəfəsində "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət bəllidir

Tovuz səfəri ərəfəsində "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət bəllidir

Misli Premyer Liqasının 2-ci turunda "Turan Tovuz"un qonağı olacaq "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Klubun sözçüsü Yusif Hüseynlinin Fanat.Az-a verdiyi məlumata görə, "aslanlar" qərb təmsilçisi ilə səfər qarşılaşmasına tam heyətlə hazırlaşır:

"Komandada zədəli və ya cəzalı futbolçu yoxdur".

Qeyd edək ki, "Turan Tovuz" - "Şamaxı" matçı avqustun 23-də baş tutacaq. Tovuz şəhər stadionunda reallaşacaq görüşün start fiti 18:30-da səsləndiriləcək. İlk turda Şamaxı təmsilçisi "Qarabağ"a uduzubsa (1:3), "boz qurdlar" "Qəbələ"ni yenib - 1:0.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər