Tokio 2020: ABŞ, Fransa və İtaliya 1/4 finala yüksəldi

Tokio 2020: ABŞ, Fransa və İtaliya 1/4 finala yüksəldi
Tokio 2020-də kişi basketbolçuların mübarizəsi davam edir. 
Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsinin son turu start götürüb. 
A qrupunda Fransa İranı asanlıqla yenərək qrupda üçüncü qələbəsini reallaşdırıb və digər oyunun nəticəsindən asılı olmayaraq 1/4 finala ıider kimi çıxıb. Qrupun digər qarşılaşmasında eyni xalı olan ABŞ və Çexiya münasibətlərinə aydınlıq gətirib. ABŞ 119:84 hesablı zəfərə sevinib.
 
B qrupunda mübarizə başa çatıb. Avstraliya Almaniyanı, İtaliya isə Nigeriyanı məğlubiyyətə uğradaraq mərhələ adlayıb. Almaniya isə ən yaxşı qrup üçüncülərindən biri olmaq və "son səkkizliy"ə vəsiqə qazanmaq şansını qoruyur.
 
A qrupu
 
İran - Fransa - 62:79
 
ABŞ - Çexiya 119:84
 
Turnir cədvəli: 1. Fransa (3-0 / 6 xal), 2. ABŞ (2-1 / 5), 3. Çexiya (1-2 / 3), 4. İran (0-3 / 3).
 
B qrupu
 
İtaliya - Nigeriya - 80:71
 
Avstraliya - Almaniya - 89:76
 
Turnir cədvəli: 1. Avstraliya (3-0 / 6 xal), 2. İtaliya (2-1 / 5), 3. Almaniya (1-2 / 4), 4. Nigeriya (0-3 / 3).
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər