Təcavüzkar basketbolçu həbsxanada öldü

Təcavüzkar basketbolçu həbsxanada öldü
NBA-nın sabiq basketbolçusu Eddi Conson xəstəlikdən dünyasını dəyişib
 
Fanat.Az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. 
 
Nəşrin yaydığı xəbərə görə, 61 yaşlı veteran idmançı Florida ştatında saxlanıldığı həbsxanada vəfat edib. 
Qeyd edək ki, amerikalı idmançı 2008-ci ildə 8 yaşlı qıza təcavüz ittihamı ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məruz qalıb.
Qeyd edək ki, Eddi Conson karyerası ərzində ölkəsində "Kanzas-Siti Kinqz" ("Sakramento Kinqz"), "Finiks Sanz", "Sietl Supersoniks", "Şarlott Hornets", "İndiana Peysers", "Hyuston Rokets" və Yunanıstanda "Olimpiakos" klublarının formasını geyinib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər