Tanınmış mütəxəssis yubileyinə hazırlaşır - Bu məkanda baş tutacaq

Tanınmış mütəxəssis yubileyinə hazırlaşır - Bu məkanda baş tutacaq

"İmişli" Futbol Akademiyasının rəhbəri Rövşən Babayev yubileyini təmtəraqlı qeyd etməyə hazırlaşır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis 50 illik yubileyi münasibətilə yaxınlarını bir araya gətirir. 

Tədbir oktyabrın 2-də Badamdardakı "Everest Hall"da baş tutacaq.

Babayev ad gününə yaxınları və dostları ilə yanaşı, futbol ictimaiyyətinin bəzi üzvlərini də dəvət edəcək. 

Qeyd edək ki, "Sabah"dakı fəaliyyəti ilə daha çox tanınan Rövşən Babayev bu yaydan "İmişli"nin uşaq futboluna cavabdehdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər