Tanınmış jurnalist "Qarabağ"ın rəqibini dəyərləndirdi: “Heç ölkəsinin aparıcı klubu deyil"

Tanınmış jurnalist "Qarabağ"ın rəqibini dəyərləndirdi: “Heç ölkəsinin aparıcı klubu deyil"
"Qızıl top”un Azərbaycan təmsilçisi Rasim Mövsümzadə Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib.
 
Fanat.az xəbər verir ki, bu barədə tanınmış jurnalist şəxsi "facebook" səhifəsində yazıb. 
 
"Ardıcıl 7 mövsümdür Azərbaycan çempionu olan "Qarabağ”dan fərqli, rəqibi "Sileks” heç ölkəsinin aparıcı klubu deyil. Məsələn, bir faktı qeyd edim, Kratovo şəhərciyinin təmsilçisi sonuncu dəfə 2009-cu ildə Şimali Makedoniyanın əsas millisinə oyunçu verib. 2014-cü ildən avrokuboklarda, mütəmadi olaraq, qrup yarışında çıxış edən "Qarabağ”dan fərqli, makedoniyalıların klub futbolunda ən böyük uğuru yalnız 2017/18 mövsümündə "Vardar”ın Avropa Liqasında qrup mərhələsinə çıxması olub.
 
Azərbaycan UEFA-nın reytinqində Şimali Makedoniyanı 2010-cu ildən qabaqlayır. O vaxtdan bəri "Qarabağ” iki dəfə bu ölkənin "Metalurq” (Skopye) komandasını mübarizədən kənarlaşdıra bilib. Azərbaycan çempionu bu səbəblərdən "Sileks”lə mübarizədə aşkar favorit sayılsa da, "Neftçi”nin 2016-cı ildə, rəqibini ciddiyə almayaraq, Makedoniya "Şkendiya”sı ilə "duel”dən məğlub (0:0, 0:1) ayrıldığını da unutmamalıdır”, deyə Mövsümzadə bildirib. 
 
Qeyd edək ki, "Qarabağ" avqustun 18-19-da Şimali Makedoniyanın "Sileks” klubunu öz meydanında qəbul edəcək. 
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər