“TamGənc” Tələbə Basketbol Liqasında finalçılar müəyyənləşdi

“TamGənc” Tələbə Basketbol Liqasında finalçılar müəyyənləşdi

19 aprel tarixində ABB-nin sponsorluğu ilə Azərbaycan Texniki Universitetinin idman zalında “TamGənc” Tələbə Basketbol Liqasının yarımfinal oyunları baş tutub.

Fanat.Az xəbər verir ki, ilk yarımfinal qarşılaşmasında Azərbaycan Texniki Universitetinin (ATU) komandası, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) komandasına 114-60 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.

İkinci yarımfinal görüşündə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası, Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) komandasına 102-82 hesabı ilə qalib gəlib və ikinci finalçı olub. 

Qeyd edək ki, "TamGənc" Tələbə Basketbol Liqasında 21 aprel 3-cü yer uğrunda görüş (ADİU -ADNSU), 23 aprel isə final oyunu (ATU-ADBTİA) baş tutacaq

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər