Stanislav Çerçesov: "O, "Qarabağ"ı təhlil etməkdə bizə yardımçı olacaq"

Stanislav Çerçesov: "O, "Qarabağ"ı təhlil etməkdə bizə yardımçı olacaq"

Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Stanislav Çerçesov futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, "Fradi" saytı mütəxəssisin dediklərini belə çatdırıb: 

“Çempionlar Liqasının qrup mərhələsinə doğru ilk addımlardan birini atdıq. Bu, uğurdur, lakin gələcək oyunlara hazır olmalıyıq. İrəlidə vacib qarşılaşmalar var. Təmsilçimiz “Sürix” – “Qarabağ” matçında olub. O, Azərbaycan klubunun oyununu təhlil etməkdə bizə yardımçı olacaq. Amma qarşıda hələ Macarıstan çempionatının oyunu var. Mövsümə yaxşı başlamaq vacibdir”

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər