Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sportinq"in baş məşqçisi Joze Pezeiru Portuqaliya kubokunun ilk turunda "Maritimo"ya qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, baş məşqçi "Qarabağ"la vacib oyunun olduğunu və bu səbəbdən bəzi futbolçulara istirahət verdiyibi deyib:
"Kuboka qələbə ilə başlamaq vacib idi. Qələbəyə layiq idik. Daha çox qol vura bilərdik. Futbolçularımın oyunundan razıyam. "Maritimo" ilə oyunda qələbə ilə yanaşı, meydana az çıxan futbolçulardan istifadə etmək də vacib idi. Komandada rəqabəti artırmalıyıq. Çünki Avropa Liqasında vacib oyunumuz var”.
Xatırladaq ki, "Sportinq” – "Qarabağ” oyunu sentyabrın 20-də Lissabonda keçiriləcək.
Fanat.Az