"Qarabağ”ın Avroliqadakı rəqiblərindən olon "Sportinq”in baş məşqçisi Joze Pezeyru komandasının yer aldığı E qrupundan danışıb.
Fanat.Az xəbər verir ki, yerli mətbuata açıqlama verən mütəxəssis belə deyib: "Arsenal”la "Qarabağ” Çempionlar Liqasında oynayacaq səviyyədə komandalardı. Biz də həmçinin. Qrupumuzda qitənin ən mötəbər turnirinə layiq 3 komandanın olmasına əsla üzülmürəm. Əksinə, belə yaxşıdı”.
Xatırladaq ki, "Qarabağ” ilk oyununu sentyabrın 20-də səfərdə "Sportinq”ə qarşı keçirəcək.
Fanat.Az