Sonuncu finalçı “Gəncə” oldu

Sonuncu finalçı “Gəncə” oldu

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində NTD və "Gəncə" komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu baş tutub.

Fanat.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən və iki əlavə vaxtın yaşandığı gərgin və prinsipial oyunun sonunda Gəncə basketbolçuları 106:103 hesablı qələbə qazanıblar.

Bu qələbə ilə yarımfinal seriyasını 2:1 hesabı ilə qalib tamamlayan "Gəncə" finala vəsiqə qazanıb. Final seriyasında onların rəqibi "Sabah" kollektivi olacaq.

Ən məhsuldar basketbolçular NTD-də Londel Kinq (23 xal, 12 ribaund), "Gəncə"də Cared Smol (21 xal, 8 ribaund) olublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər