Şon Dayç istefaya göndərildi - RƏSMİ

Şon Dayç istefaya göndərildi - RƏSMİ

Premyer Liqa klubu "Nottingem Forest" baş məşqçisi Şon Dayçı istefaya göndərib.

Fanat.Az xəbər verir ki, İngiltərə klubunun rəsmi saytı bu barədə məlumat yayıb.

Dayç 2025-ci ilin oktyabr ayından bəri "meşəbəyilər"i çalışdırırdı. Bu müddət ərzində onun komandası bütün yarışlarda 25 oyunda 10 qələbə və 5 heç-heçə qazanıb.

"Nottingem Forest" İngiltərə Premyer Liqasında 26 turdan sonra 27 xalla 17-ci yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər