Son çempion yeni mövsümə qələbə ilə başladı

Son çempion yeni mövsümə qələbə ilə başladı

Azərbaycan Basketbol Liqasının 1-ci turunda son çempion "Sabah" "Sərhədçi" ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, oyun Bakı İdman Sarayında keçirilib.

Görüş "bayquşlar"ın 80:53 hesablı qələbəsi ilə yekunlaşıb.

Tura bu gün keçiriləcək "Şəki" - "Quba" və "Sumqayıt" - "Ordu" görüşləri ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Neftçi"ni 84:79, "Abşeron" NTD-ni 75:69, "Gəncə" isə "Lənkəran"ı 90:75 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər