Miloş Stepinski: "Vurduğumuz 3-cü qol Azərbaycanı ruhdan saldı"

Miloş Stepinski: "Vurduğumuz 3-cü qol Azərbaycanı ruhdan saldı"

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa millisini qəbul edib.

Fanat.Az-ın məlumatına görə, polşalıların 5:0 hesablı qələbəsiylə yekunlaşan matçın ardından Miloş Stepinski AFFA-nın rəsmi saytına danışıb: "Oyundan əvvəl müəyyən qorxumuz olsa da, nümayiş etdirdiyimiz futbol və əldə etdiyimiz nəticəyə görə çox xoşbəxtik. Son dəqiqəyədək 2:0 hesabı ilə irəlidəydik. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində daha 3 qol vurmağı bacardıq. Xüsusən, əks-hücum zamanı vurduğumuz 3-cü qol Azərbaycan yığmasını ruhdan saldı. Yeri gəlmişkən, yüksək qonaqpərvərliyə görə təşkilatçılara təşəkkür edirəm”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər