Simeone Lamin Yamalı görün, necə təhrik edib? - FOTO

Simeone Lamin Yamalı görün, necə təhrik edib? - FOTO

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İspaniya Kubokunun "Barselona" ilə ilk yarımfinal matçında (4:0) diqqət mərkəzində olub.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis kataloniyalıların ulduzu Lamin Yamala qarşı təhrikedici hərəkətlə yadda qalıb. 

Hesab 3:0 olarkən nümayişkaranə şəkildə 18 yaşlı kataloniyalı vingerə üç barmağını qaldıraraq göstərib və bununla da komandasının üstünlüyünü vurğulayıb. Gənc futbolçu onun qıcıqlandırıcı hərəkətinə reaksiya verməməyə çalışıb.

Simeone Lamin Yamalı görün, necə təhrik edib? - FOTO

Tərəflər arasında cavab matçı 3 martda "Barselona"nın stadionunda keçiriləcək. "Blaugrana" doğma azarkeşləri önündə rəqibindən qisas almağa çalışacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər