Şimali irlandiyalı hücumçu "Qarabağ"a transferindən danışdı

Şimali irlandiyalı hücumçu "Qarabağ"a transferindən danışdı

Şimali İrlandiya milli komandasının futbolçusu Kayl Lafferti "Qarabağ"a keçəcəyi barədə xəbərləri təkzib edib. Fanat.Az xəbər verir ki, 30 yaşlı forvard Azərbaycan çempionundan təklif almadığını bildirib.

Kayl Lafferti qeyd edib ki, "Qarabağ"dan təklif alacağı halda onu dəyərləndirməyə hazırdı: "Bakı çox xoşuma gəldi. Burada oynamağa hazıram. Amma mənə konkret təklif gəlməyib. Gəlsə, "yox" demərəm".

Qeyd edək ki, Kayl Lafferti İngiltərə "Norviç"indən ayrıldıqdan sonra klubsuzdu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər