Şimali İrlandiya azarkeşləri Bakıda “Qarabağ!” qışqırdılar - VİDEO

Şimali İrlandiya azarkeşləri Bakıda “Qarabağ!” qışqırdılar - VİDEO

Futbol üzrə Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında 2018-ci il dünya çempionatının seçmə qrup oyunu start götürüb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün başlanğıcı maraqlı məqamla yadda qalıb. 

Belə ki, hər iki komandanın azarkeşləri bir-biri ilə olduqca səmimi ünsiyyət saxlayıblar. Şimali İrlandiya azarkeşləri hətta Azərbaycan azarkeşlərinə qoşularaq "Qarabağ!” deyə qışqırıblar.

Həmin məqamın əks olunduğu görüntüləri təqdim edirik.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər